Köçəryan Qarabağ məsələsində Paşinyanın “kobud səhvini” açıqlayıb

Oxunma sayı: 139

Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında “Dağlıq Qarabağ Azərbaycandır!” kimi tanımaqla kobud səhvə yol verdi və bu, Rusiyanın bu məsələdə vasitəçiliyini mahiyyət etibarı ilə ləğv etdi.

Tezadlar.az xəbər verir ki, respublikanın keçmiş prezidenti Robert Köçəryan bu fikri İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“2022-ci ilin oktyabrında Praqada kobud səhvə yol verildi. Bu, məlum bəyanatla başlayan Dağlıq Qarabağın təslim olmasının ikinci mərhələsi idi. Bu, Qarabağla bağlı hökm idi”, – Köçəryan bildirib.

Onun fikrincə, bu qərar Rusiyanın vasitəçilik mandatını ləğv edib.

“Rusiya 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq Qarabağla Azərbaycan arasında vasitəçi olub. Lakin Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə bağlı Praqa bəyanatı faktiki olaraq bu vasitəçiliyi ləğv edib”, – sabiq prezident qeyd edib.

“Əgər kimsə düşünürsə ki, Rusiyaya bu dərəcədə məhəl qoyula bilməz, o zaman çox ciddi yanılır”, – Köçəryan əlavə edib.

Qeyd edək ki, 2022-ci il oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən görüşdən sonra ölkələrinin BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqlədilər. Bəyannaməyə əsasən, Ermənistan Qarabağın daxil olduğu 86,6 min kvadrat kilometr Azərbaycan ərazisini, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır.

P.S. Paşinyan hansı səhvə yol verib, həqiqəti deyib ki, Dağlıq Qarabağ Azərbaycandır!..

E.ŞİRİNOV

Xəbəri paylaş

26 Aprel