UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”ın Danimarkanın “Kopenhagen” klubunu məğlub etdiyi oyunun ən yaxşı futbolçusu bəlli olub.
Tezadlar.az xəbər verir ki, seçim UEFA-nın texniki qrupunun rəyi əsasında aparılıb. Bu ada klubun cinah müdafiəçisi Elvin Cəfərquliyev layiq görülüb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.







