Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərə Kralı Çarlz vergi ödənişlərinin təfərrüatlarını ictimaiyyətə açıqlayan ilk monarx olmaqla tarixə düşüb.
Tezadlar.az xəbər verir ki, keçən il 13 milyon funt sterlinq vergi ödədikdən sonra Kral Çarlz artıq Bukinqem Sarayında yaşamayacağını açıqlayıb.
KRAL ÇARLZ 2024-25-Cİ İLLƏRDƏ 13 MİLYON FUNT STERLİNQ ÖDƏYİB
Britaniya tarixində bir ilk baş verib. Kral ödədiyi vergi məbləğini ictimaiyyətə açıqlayıb. Kral III Çarlz 2023-2024 vergi ilində 11,7 milyon funt sterlinq, 2024-2025 dövründə isə təxminən 13 milyon funt sterlinq ödəyib. Kral ailəsinin illik fəaliyyət hesabatına və maliyyə hesabatlarına görə, Kral Çarlz ölkədə ən yüksək 100 vergi ödəyicisi arasındadır.
TƏNQİDƏ QARŞI ŞƏFFAFLIQ VƏDİ
İngiltərədəki monarxlardan adətən vergi ödənişlərinin təfərrüatlarını paylaşmaq tələb olunmur. Lakin Kral Çarlz könüllü olaraq bu məlumatların paylaşılmasına icazə verib. Kral ailəsinin üzvləri 2022-ci ildə Kraliça Elizabetin ölümündən sonra artan tənqidlərə baxmayaraq, maliyyələri ilə bağlı daha çox şəffaflıq vəd etmişdilər.
Taxt-tacın varisi Şahzadə Uilyamın ödədiyi vergilər də ictimaiyyətə açıqlanıb. Uilyam atası ilə eyni dövrdə 7 milyon funt sterlinq gəlir və kapital mənfəəti vergisi ödəyib. Çarlz 2023-2024-cü illər arasında 11,7 milyon funt sterlinq, Şahzadə Uilyam isə 8,3 milyon funt sterlinq vergi ödəyib. Ata və oğulun 2022-ci ildən bəri ödədiyi ümumi vergi 50 milyon funt sterlinqə çatıb.
“MƏN ARTIQ BAKİNQEM SARAYINDA YAŞAMAYACAĞAM”
Kral vergi məlumatlarını paylaşmaqla yanaşı, daha bir tarixi qərar da verib. Kral Çarlz 1837-ci ildən bəri Britaniya monarxlarının yaşadığı Bukinqem Sarayında artıq yaşamayacağını açıqlayıb. 2017-ci ildən bəri bərpa işləri aparılan sarayda 2019-cu ildən bəri yaşayış yoxdur.
İngiltərə kralı 370 milyon funt sterlinqə başa gələn bərpa işlərindən sonra sarayın Kral Sarayı olaraq qalacağını, lakin artıq Bukinqemdə yaşamayacağını açıqlayıb.
E.ŞİRİNOV