Əsas məzmuna keç

KRASNOLIMAN İSTİQAMƏTİNDƏ USQ-NİN HƏRBİ HİSSƏLƏRİ MƏHV EDİLİB

Krasnoliman istiqamətində bir sutka ərzində 100-dən çox Ukrayna əsgəri məhv edilib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

“Bu istiqamətdə gün ərzində 100-dən çox ukraynalı hərbçi, 3 zirehli döyüş maşını, 4 pikap, BM-21 Qrad MLRS döyüş maşını, 2 D-20 haubitsa və “Qvozdika” özüyeriyən haubitsa məhv edilib (Krasnolimansk – RED.)”, – Konaşenkov deyib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, bu istiqamətdə “Mərkəz” qüvvələr qrupunun artilleriya atəşi və ağır alovlu sistemləri Luqansk Xalq Respublikasının Çervonaya Dibrova və Kuzmino yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini vurub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…