Əsas məzmuna keç

“Kreml beynəlxalq hüququ pozur, insanları öldürür…”

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbəsini kəskin şəkildə pisləyib və Kiyevi hərtərəfli dəstəkləyəcəyinə əmin edib. Tezadlar.az CNN- Ə İSTİNADLA xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Dünən axşam saatlarında Rusiya həm hökumət binalarını, həm də yaşayış binalarını hədəf alaraq Ukraynaya ən böyük pilotsuz təyyarə və raket hücumlarından birini həyata keçirib. Kreml növbəti dəfə diplomatiyaya məhəl qoymur, beynəlxalq hüququ pozur, insanları ayrı-seçkilik etmədən öldürür. Avropa Ukraynanı tam dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Biz Ukrayna Silahlı Qüvvələrini gücləndiririk, etibarlı təhlükəsizlik təminatları yaradırıq və Rusiyaya təzyiqi artırmaq üçün sanksiyaları artırırıq. Qətllərə son qoyulmalıdır”, – nəşr yazıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…