24 Aprel 2026 / 16:02

Kreml narahatdır – Aİ missiyası ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Rusiya ümid edir ki,  Ermənistan ölkədə Aİ missiyasının açılması ilə Brüsselin anti-Rusiya siyasətinə cəlb olunmayacaq.

Tezadlar.az  Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu, Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin pozulmasına səbəb ola bilər.

“Ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni – belə deyək, missiyanın onların daxili işlərinə müdaxilə etmək və İrəvanı Qərbin geosiyasi oyunlarına cəlb etmək üçün istifadə olunmasına icazə verməyəcəklər, hansı ki, bu da ölkəmizlə dostluq əlaqələrinin pozulmasına və Brüsselin anti-Rusiya siyasətində iştirakına səbəb olacaq”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Aİ üzv dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri Ermənistanda ikinci mülki missiyanı təsdiqləyiblər. Avropa elçiləri “hibrid təhdidlər” və seçkilərə müdaxilə ilə mübarizəyə diqqət yetirəcəklər.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!