Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu axşam saatlarında Ukrayna ordusu Krımda “Saki” hərbi aerodromunda qırıcı təyyarələrin saxlandığı anqarlara zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Telegram” kanalında bildirilib. Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromdakı aviasiya texnikasının qorunduğu sığınacaqlara beş dəfə dəqiq zərbə endirdiyi təsdiqlənib. İlkin məlumata əsasən, zərbə zamanı iki sığınacaqda Su-30 və Su-30SM qırıcıları olub. Məlumatda qeyd edilib ki, hücumdan sonra Su-30SM təyyarəsinin saxlandığı boksda yanğın baş verdiyi qeydə alınıb ki, bu da hədəfin uğurla vurulduğunu göstərir. UTX-nin məlumatına görə, belə qırıcı təyyarələrin hər birinin təxmini dəyəri komplektasiyasından asılı olaraq 30-50 milyon ABŞ dolları arasında dəyişir.
Rusiya mətbuatı hələki bu barədə məlumat paylaşmayıb.