4 İyun 2026 / 09:39

Kubada “Visa” və “Mastercard” kartlarının fəaliyyəti dayandırılır

ABŞ sanksiyaları səbəbindən iyunun 6-dan etibarən Kuba ərazisində “Visa” və “Mastercard” ödəniş sistemləri ilə əməliyyatlar dayandırılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Cubadebate” portalı Kuba Mərkəzi Bankına istinadən məlumat yayıb.

Məlumata görə, “Visa” və “Mastercard” əməliyyatlarını emal edən xarici bank Kuba dövlət maliyyə qurumu “Fincimex” ilə əməkdaşlığı dayandırdığını bildirib.

Nəticədə iyunun 6-dan etibarən Kuba ərazisində bu kartlarla həyata keçirilən əməliyyatlar mümkün olmayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!