Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Fevral 2026 / 22:58

“Kubinka” və “İçərişəhər”ə tunel gedir?

Sosial şəbəkələrdə Bayır Şəhərdə şimala və cənuba uzanan iki tunel aşkar edildiyi barədə məlumatlar yayılıb.

Ərazidə yaşayan sakinlər iddia ediblər ki, tunellərdən biri “Kubinkaya”, digəri isə “İçərişəhərə” aparır.

Tezadlar.az mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində cavab olaraq bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində aprılan abadlıq işləri çərçivəsində tunelin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar AMEA nın əməkdaşı Bəxtiyar Cəlilovla birgə əraziyə baxış keçirilib.

“Sözügedən ərazidə hər hansı tunel və quyu aşkar edilməyib”, – deyə qurumdan məlumat verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!