Əsas məzmuna keç

Kuril adalarında 5 bal gücündə zəlzələ olub

Kuril adalarındakı Paramuşir adası yaxınlığında 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az bildirir ki, Rusiya mediasına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 6 iyun tarixində yerli vaxtla saat 9:02-də qeydə alınıb.

Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə, ocağı isə 39 kilometr dərinlikdə yerləşib.

Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, yeraltı təkanlar Severo-Kurilsk sakinləri tərəfindən hiss edilib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın