3 İyun 2026 / 16:09

Küveyt: İranın hücumu nəticəsində zərər çəkmiş beynəlxalq hava limanında uçuşlar bərpa olundu

İrandan edilən dron hücumları nəticəsində zərər çəkmiş Küveyt Beynəlxalq Hava Limanında uçuşlar bərpa olunub.

Tezadlar.az xəbər verir ki, Küveyt İnformasiya Nazirliyi bu barədə sosial media hesabında məlumat yayıb.

Texniki qruplar və müvafiq orqanlar zərərin qiymətləndirilməsi işlərini başa çatdırdıqdan və əməliyyat təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri gördükdən sonra T4 Terminalı vasitəsilə uçuşlar bərpa olunub.

Sərnişinlərin və personalın təhlükəsizliyinin prioritet olduğu və ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq əməliyyatların davamlılığını təmin etmək üçün bütün müvafiq tərəflərlə koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.

Kuveyt Hava Yollarından verilən açıqlamada uçuşların dayandırılması səbəbindən təxirə salınan uçuşların cədvəlinin yenidən planlaşdırılacağı və elan ediləcəyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, rezervasiyalarını ləğv etmək və ya dəyişdirmək istəyən sərnişinlərdən yalnız bugünkü uçuşlar üçün heç bir ödəniş tutulmayacaq.

Küveyt ordusu İranın kamikaze dron hücumunun Küveyt Hava Limanındakı sərnişin terminalı binasına ziyan vurduğunu və çox sayda insanın yaralandığını açıqlayıb.

Küveyt Mülki Aviasiya Baş İdarəsi İranın hücumu nəticəsində dəyən ziyana görə Küveyt Beynəlxalq Hava Limanında uçuşların dayandırıldığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq Küveytdəki ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazalara raket zərbələri endirdiyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!