Əsas məzmuna keç

LƏNKƏRANIN İCRA BAŞÇISI SAXLANILIB?

Sosial və elektron mediada yayılan məlumatlardan belə çıxır ki, Lənkəran RİH-də xüsusi əməliyyat keçirilib…

Medianın yazdığına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir. Əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb. RİH başçısı Taleh Qaraşovun da saxlanıldığı bildirilir… Əməliyyat barədə hələki rəsmi məlumat yoxdur.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…