“Ukraynada “rus dilində danışmağı daha rahat hesab edən” və “əcdadlarının ənənələrini qorumaq istəyən” insanlar var.”
***
Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, cəbhə xəttində Ukrayna münaqişəsinin dondurulması olmayacaq.
Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov “Bu baş verməyəcək” – “Bizim Konstitusiyamız xalqın iradəsinin ifadəsinə əsaslanır”, – deyə bəyan edib.
Lavrov dəqiqləşdirib ki, Ukraynada “rus dilində danışmağı daha rahat hesab edən” və “əcdadlarının ənənələrini qorumaq istəyən” insanlar var.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ərazisində Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi variantını qəbul etmir.
Xatırladaq ki, Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında yüksək səviyyəli Rusiya-Amerika danışıqları dörd saat yarım davam etdi.
Müzakirələrdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər. Vaşinqtonu dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Uitkoff təmsil edib.
Görüşün yekununda tərəflər ikitərəfli əməkdaşlığın tam bərpası üçün şərait yaratmaq, səfirliklərin işinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və Ukraynada vəziyyətin həlli prosesinə başlamaq barədə razılığa gəliblər.
Prezident Vladimir Putin aparılan danışıqları yüksək qiymətləndirib, nəticənin olduğunu qeyd edib.
JASMİN