Lavrov Ukraynanın NATO arzusunə qəti “yox” dedi və…

Oxunma sayı: 145

Ukraynanın NATO-ya qoşulması ideyası Rusiya üçün birbaşa təhlükədir və Ukraynada silahlı qüvvələrin fərqli bayraq altında yerləşdirilməsi tamamilə qəbuledilməzdir”.Tezadlar.az  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar nəticəsində tərəflər “Ukrayna məsələsinin tənzimlənməsi” prosesinə başlamaq barədə razılığa gəliblər və bunun üçün ABŞ və Rusiya öz nümayəndələrini təyin edəcəklər. Lavrovun sözlərinə görə, Putin dəfələrlə bəyan edib ki, NATO-nun genişlənməsi və Ukraynanın alyansa daxil olması Rusiya üçün “birbaşa təhdid” olacaq: “Bununla belə, Ukraynada sülhməramlı qüvvələrin – istər NATO-dan, istərsə də Avropa İttifaqının bayrağı altında mümkün yerləşdirilməsi qəbuledilməzdir. Silahlı qüvvələrin hər hansı formada başqa bayraq altında görünməsi heç nəyi dəyişmir”, – deyə Lavrov vurğulayıb. O bildirib ki, hər iki ölkənin səfirliklərinin işinə Co Bayden administrasiyası dövründə yaradılan problemlər, əmlakın ələ keçirilməsi, bank köçürmələrinə məhdudiyyətlərin qoyulması kimi əngəllər aradan qaldırılmalıdır.

Xəbəri paylaş