Əsas məzmuna keç

Lənkəranda süni göldə faciə – 17 yaşlı gənc həyatını itirdi

Lənkəran sakini suda boğularaq  ölüb.

“Tezadlar.az”ın məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb.

Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…