Əsas məzmuna keç

Levandovski zədələndi – “Barselona” hücumçusunu itirdi

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları yaranıb. Bu səbəbdən o, bazar günü “Komo” (İtaliya) ilə keçiriləcək “Joan Gamper” Kubokunun (“Barcelona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniri) final oyununu buraxacaq.

Qeyd edək ki, “Barselona” La Liqada 2025/2026 mövsümünün ilk oyununda “Malyorka” ilə qarşılaşacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…