4 Fevral 2026 / 13:51

“Liv Bona Dea” Hospitalı məhkəməlik oldu – Nigar Köçərli vəkillə hazırlığa başladı

“Liv Bona Dea” Hospital-a qarşı məhkəmə çəkişməsinə hazırlığa başlamışam.
Tezadlar.az xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli bəyan edib.
Köçərli vəkilini də təqdim edib:
“Vəkilim hörmətli Zibeydə Zəkəriyyevadır.
Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.
İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən başdansovdu yanaşmaya qarşıyıq”.
Xatırladaq ki, yanvarın 14-də Nigar Köçərli “Liv Bona Dea” Hospitalında planlı əməliyyat olunub. O, daha sonra hospitalda başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirib.  Köçərli əməliyyat zamanı və sonradan ona göstərilən diqqətsizlikdən, laqeydlikdən, ağrıları ilə bağlı müraciətlərinə etinasızlıqdan, başına gələnlərlə bağlı ailəsinin məlumatlandırılmamasından , tibbi personalın öz işini vicdanla yerinə yetirməməsindən narazılıq edib. Baş verənlərlə bağlı Nigar Köçərlinin həyat yoldaşı “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sosial media hesabında fikirlərini bölüşüb.
Və artıq qeyd edildiyi kimi, məsələ məhkəmə müstəvisində  öz həllini tapacaq.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!