Bu gün səhər “Liv Bona Dea” Hospital-a qarşı məhkəməyə müraciətimlə bağlı paylaşım etmişdim. Bir neçə saat sonra xəbərləri oxudum ki, Liv Bona Dea da məni məhkəməyə verib (yəqin ki, onlarda əməliyyat olunduğum üçün).
Tezadlar.az xəbər verir ki, bu barədə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli bildirib.
“Şikayət edən pasiyentə qarşı bir xəstəxananın məhkəmə iddiası qaldırması həm absurd, həm də gülüncdür. Belə çıxır ki, bundan sonra biz pasiyentlər şikayət yox, yalnız tərif yazmalıyıq. Əks halda, bizi məhkəməyə cəlb edəcəklər.
Mən Liv Bona Dea-da adekvat xidmət görmədim və bununla bağlı etirazımı bildirdim: həm xəstəxananın özündə olduğum müddətdə, həm də sonradan heç bir cavab almadığım üçün öz səhifəmdə. Onların nə deməsindən və nə etməsindən asılı olmayaraq, biz məhkəməyə müraciət etmişik və bu uzun yolu sona qədər gedəcəyik”, – deyə Nigar Köçərli qeyd edib.
Qeyd edək ki, Xatırladaq ki, yanvarın 14-də Nigar Köçərli
“Liv Bona Dea” Hospitalında planlı əməliyyat olunub. O, daha sonra hospitalda başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirib. Köçərli əməliyyat zamanı və sonradan ona göstərilən diqqətsizlikdən, laqeydlikdən, ağrıları ilə bağlı müraciətlərinə etinasızlıqdan, başına gələnlərlə bağlı ailəsinin məlumatlandırılmamasından , tibbi personalın öz işini vicdanla yerinə yetirməməsindən narazılıq edib. Baş verənlərlə bağlı Nigar Köçərlinin həyat yoldaşı “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sosial media hesabında fikirlərini bölüşüb.
Y.Məmmədli