Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın “Lufthansa” aviaşirkəti Avropa məhkəməsində “Ryanair” ilə mübahisədə apellyasiyanı uduzub.
Tezadlar.az xəbər verir ki, “The Independent”in məlumatına görə, məhkəmə Avropa Komissiyasının pandemiya dövründə “Lufthansa”ya verilən dövlət yardımını qanunsuz sayan əvvəlki qərarı qüvvədə saxlayıb.
“Ryanair” bu qərarı alqışlayaraq şirkətdən 200 milyon avronun geri qaytarılmasını tələb edib. İddia olunur ki, Almaniya hökumətinin təqdim etdiyi maliyyə dəstəyi bazarda rəqabəti pozub.
“Lufthansa” isə bildirib ki, qərarı nəzərə alır və Avropa Komissiyası ilə davam edən araşdırma çərçivəsində prosesdə iştirak etməyə davam edəcək.