Əsas məzmuna keç

Lukaşenko Zelenskiyə nəyi çatdırmaq istəyir?

Belarus prezidenti Aleksandr Lukaşenko müharibəni dayandırması üçün Ukraynaya çağırış edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində danışıb. Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, “əks halda onlar bütün Ukraynanı itirəcəklər”. Lukaşenkonun sözlərinə görə, Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq. Buna görə də “üç slavyan ölkəsi” masa arxasında əyləşməli və müharibənin dayandırılması ilə əlaqədar razılığa gəlməlidir: “Biz üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik”.

Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib: “Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb”.

O qeyd edib ki, bütün cəbhələrdə, xüsusilə də bəzi bölgələrdə ruslar praktiki olaraq böyük yaşayış məntəqələrini ələ keçiriblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…