2025-ci il ədəbiyyat üzrə Nobel Mükafatı macar yazıçısı Laslo Krasnaxorkaiyə verilib.
İsveç Kral Elmlər Akademiyası mükafatı “apokaliptik dəhşətin ortasında sənətin gücünü bir daha təsdiqləyən inandırıcı və uzaqgörən iş” üçün elan edib.

Krasnaxorkai insan iztirablarını, sosial və tarixi fəlakətləri, əxlaqi və ekzistensial dilemmaları araşdıran dərin fəlsəfi romanları ilə tanınır.
Ədəbiyyat üzrə əvvəlki Nobel mükafatçıları arasında müxtəlif ölkələrdən yazıçılar da var.
2024-cü ildə mükafat Cənubi Koreya yazıçısı Han Kanqa “tarixi travma ilə üz-üzə dayanan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrə görə” verilib.
2023-cü ildəki mükafat isə Norveç yazıçısı Yun Fossa “yenilikçi pyeslərə və izaholunmazlara səs verən nəsrə görə” verilib.
2022-ci ildə fransız yazıçısı Anni Erno “utanc, alçaldıcılıq, qısqanclıq və həqiqi “mənlik” axtarışını təsvir etməkdə göstərdiyi cəsarət, həmçinin dilinin sadəliyi və aydınlığına görə” seçilib.
2021-ci ildə bu mükafat tanzaniyalı yazıçı Abdulrazak Gurnaya təqdim edilib.
Qeyd edək ki, ədəbiyyat üzrə Nobel Mükafatı 1914 və 1940-1943-cü illər istisna olmaqla, müharibə səbəbindən mərasimlərin keçirilmədiyi 1901-ci ildən bəri hər il verilir.
Mükafatların təqdimetmə mərasimi 10 dekabr 2025-ci ildə Stokholmda keçiriləcək. Nobel Sülh Mükafatı laureatı oktyabrın 10-da açıqlanacaq.
JASMİN

