19 Mart 2026 / 08:40

Macarıstan müharibəyə qoşulmaqdan imtina etdi

Macarıstanın Baş naziri Viktor Orban Avropanın müharibəyə hazırlaşdığını, lakin Macarıstanın iştirak etmək niyyətində olmadığını və Ukraynanın Rusiya ilə münaqişəsini davam etdirməsi üçün maliyyələşdirməyəcəyini bəyan edib.

Tezadlar.az xəbər verir ki, o, bu sözləri Dunaujvarosda seçicilərlə görüşündə bildirib.

Baş nazir onlara “məyusedici xəbər” aldığını bildirib: Ukrayna üzərindəki münaqişə həll olunmadığı üçün müharibə getdikcə yaxınlaşır və Avropa İttifaqı (Aİ) liderləri, onun qiymətləndirməsinə görə, bunu davam etdirməkdə qərarlıdırlar.

“Avropa müharibəyə daha da dərindən qarışmaq qərarına gəlib”, – deyə Orban vurğulayıb.

O, əsas vəzifənin Macarıstanın münaqişəyə qarışmasının qarşısını almaq olduğunu bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!