Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya şöhrətli müğənni Madonna həyatının ən ağır dövrlərindən biri barədə ilk dəfə açıq danışıb.
Tezadlar.az xarici KİV-ə istinadla xəbər verir ki, o, 2023-cü ildə ağır bakterial infeksiya nəticəsində yaranan sepsis diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti kritik olduğundan onda ağciyər və böyrək çatışmazlığı inkişaf edib. Həkimlər müğənnini intubasiya edərək süni komaya salıblar.
Madonna həmin günləri xatırlayaraq bildirib ki, reanimasiyada ona qulluq edən tibb bacısı Oliviya hər gün müğənniyə ayağa qalxmaq üçün motivasiya edib. Onun sözlərinə görə, Oliviya hər gün ona mübarizə aparmalı olduğunu xatırladır, bu isə ona cəsarət və ümid verirdi.
Oyuncaq ona reanimasiyada həyatını xilas etməyə kömək edən tibb bacısı Oliviyanı xatırladığından ona “Oktaviya” adını verib. Madonna etiraf edib ki, oyuncağın içliyi artıq köhnəlsə də, onu hələ də çox sevir və heç vaxt yanından ayırmır.
Bütün bu çətinliklərə baxmayaraq, sənətçi fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, yaşadığı sınaqlar bədəninin siqnallarını daha yaxşı dinləməyi və özünü həddindən artıq yormamağı öyrədib.