Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu il fevral-may aylarında Cəlilabad şəhər ərazisindəki taxıl məhsullarının topdan satışının həyata keçirildiyi mağazaların birindən 30 min manat pulun oğurlanması barədə polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Cümə Mustafayev olduğu məlum olub.
Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində təhqiqat davam edir.