…Süd zavodlarında pasterizasiya edilmiş süddən yağlılıq çıxarılır və ona natrium-benzoat qatılır. Bu isə kanserogen maddədir. Əgər süd içmək istəyirsinizsə, bilin ki, marketdə süd yoxdur, paket südlərinin çoxu belədir, qalanları isə quru süddən hazırlanır. 6 ay srok qoyulmuş bu naməlum mənşəli təhlükəli məhsula ayrı bir ad verilməlidir, çünki o süd deyil. Süd başa şeydir. Eyni sözlər mağazalarda satılan süd məhsullarına da aiddir. Yağ başda olmaqla heç birinin südə heç bir aidiyyatı yoxdur. Süd və süd məhsulları qəbul etmək istəyirsinizsə şəxsən gedib kənddən alacaqsınız, gözünüzün qarşısında hazırlanması şərtilə.
Başqa yol yoxdur. Yox, əgər israrla süd, qatıq, pendir, yağ, kəsmik, smetan və sair məhsulların dadını verən naməlum mənşəli məhsulları yemək istəyirsinizsə, problem yoxdur, nə qədər istəyirsinizsə yeyin, samanlıq özünüzündür, amma təbii məhsulların adlarını onlara qoyub təbii süd və süd məhsullarını təhqir etməyin…
Elçin Bayramlı,
Araşdırmaçı- jurnalist

