Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstanın yeni Baş naziri Peter Magyarın Rusiyaya qarşı mövqeyi ölkəsinin Ukrayna ilə münasibətlərinə xələl gətirə bilər.
Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə Ukrayna mediasına istinadən məlumat verir.
Ukraynalı jurnalistlər hesab edirlər ki, Magyarın Rusiyadan neft və qaz təchizatını saxlamaq istəyi Macarıstan və Ukrayna arasında gərginliyə səbəb ola bilər. Bundan əlavə, nəşrlər digər “qaynar nöqtələrin” ölkələr arasında münasibətlərin yaxşılaşmasına mane ola biləcəyini də qeyd edirlər.
“Kiyev və Budapeşt arasında yeni gərginliyin digər çox ehtimal olunan səbəbi Magyarın Rusiya enerji təchizatını saxlamaq niyyətidir. Avropa İttifaqı Rusiyadan neft və qazı tamamilə rədd etdiyini bəyan edib. Kiyev bu kursu nəinki dəstəkləyir, həm də fəal şəkildə təşviq edir. Ukrayna rəhbərliyinin bu cür planlar çərçivəsində, hətta Magyarla dialoq qurmaq məqsədilə belə boru kəmərini (“Drujba” boru kəməri – red.) yenidən açmağa razı olacağına ciddi şübhələr var”, -media xəbər verir.
Magyar əvvəllər Rusiyanın enerji ehtiyatlarını idxal etməyə davam etmək imkanını nəzərdən keçirdiyini bildirmişdi. Bu mövqe Avropa Birliyinin Rusiyadan neft və qaz idxalından imtina etmək istəyinə ziddir.
E.ŞİRİNOV