Makron Fransa partiya liderlərini təcili toplantıya çağırır

Fransa prezidenti Emmanuel Makron hökumətdəki siyasi böhran fonunda parlamentdə təmsil olunan bir neçə partiyanın liderləri ilə təcili toplantı keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Jurnalistlərin fikrincə, Fransa lideri yeni baş nazir təyin etməzdən əvvəl bəzi partiya liderlərinin dəstəyini almaq istəyir. Marin Le Penin ifrat sağçı “Milli Ralli” və Jan-Lük Melenşonun solçu “France Insoumise” partiyasının nümayəndələri görüşə dəvət edilməyib.

“Milli Ralli” prezidenti Cordan Bardella vəziyyəti şərh edərək, dəvət edilməməyin “böyük şərəf” olduğunu bildirib. Melenşon daha açıq danışaraq, yalnız növbədənkənar prezident seçkilərinin Fransa siyasi sisteminə sabitlik gətirəcəyini vurğulayıb.

Bu arada “Canard Enchaine” qəzeti hesab edir ki, Makron istefa verməkdənsə, parlament seçkiləri üçün Milli Assambleyanı yenidən buraxmaq qərarına gəlmək ehtimalı daha yüksəkdir.

Oktyabrın 6-da Fransanın baş naziri Sebastian Lekornu istefa ərizəsini təqdim edib və Makron bunu qəbul edib. Lekornunun Fransa hökumətinin başçısı kimi fəaliyyəti ölkə tarixində bir aydan az davam edən ən qısa müddət idi.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti