Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanda hərəkətlərinin qəbuledilməz olduğunu və uzunmüddətli perspektivdə yəhudi dövlətinin özünün maraqlarına zidd olduğunu bildirib.
Tezadlar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa lideri bu açıqlamanı “France 2” verilişində verib.
Makrona görə, İsrailin Qəzza zolağında və Qərb sahilində apardığı siyasət, o cümlədən yeni yəhudi yaşayış məntəqələrinin salınması, eləcə də Livanın cənubundakı hərəkətləri region xalqları arasında artan narazılığa və zorakılığa səbəb olur. O, qeyd edib ki, İsrail HƏMAS-ın hücumundan sonra müəyyən təhlükəsizlik nailiyyətləri əldə edib.
Lakin Fransa Prezidentinin sözlərinə görə, İsrail hakimiyyəti terrorçularla mübarizə aparmaqla kifayətlənməyib və kifayət qədər əsaslandırılmadan mülki əhaliyə hücumlar edib. Makron həmçinin vurğulayıb ki, İsrailin təhlükəsizliyi qonşu dövlətlərin ərazilərini ələ keçirməklə və ya saxlamaqla təmin edilə bilməz.
Livandakı vəziyyətdən danışan Fransa lideri İsrailin Baş naziri Binyamin Netanyahunu müdriklik, məsuliyyət və rasionallıq nümayiş etdirməyə çağırıb.