Makron Tramp və Zelenski ilə nə danışıb?

Oxunma sayı: 277

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Tezadlar.az bildirir ki, bu barədə Fransa lideri X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bir neçə Avropa liderinin görüşündən sonra mən indicə prezident Trampla, sonra isə Zelenski ilə danışdım”, – deyə o vurğulayıb.

Makronun sözlərinə görə, Aİ, ABŞ və Ukrayna nümayəndələri uzunmüddətli sülh üçün birlikdə çalışacaqlar.

Bundan əvvəl Makronun təşəbbüsü ilə Ukrayna ilə bağlı fövqəladə danışıqlar üçün Parisə toplaşan Avropa liderləri müdafiə xərclərinin artırılmasını dəstəkləsələr də, Ukraynada sülhməramlı missiyanın mümkün yerləşdirilməsi ilə bağlı konsensusa gələ bilməyiblər.

Qeyd edək ki, İngiltərə və Danimarka qoşunların göndərilməsini müzakirə etməyə hazır olduqlarını bildiriblər, Almaniya, İtaliya və Polşa isə bu addımı vaxtından əvvəl və səmərəsiz hesab ediblər. Bir sıra ölkələr də var ki, onların Parisə dəvət edilməməsindən narazıdırlar. Çərşənbə axşamı Səudiyyə Ərəbistanında Ukrayna və avropalı müttəfiqlərin iştirakı olmadan keçiriləcək ABŞ-Rusiya danışıqları fonunda Avropada fikir ayrılıqları güclənib.

ELBAR

Xəbəri paylaş

21 Aprel