Əsas məzmuna keç

Maliyyə Nazirliyinin xidmət və xəzinədarlıq idarəsi rəislərinin vəzifə fəaliyyətinə xitam verilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Bu barədə Tezadlar.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin fəaliyyətlərinə xitam verilib.

Qeyd edilib ki, sözügedən şəxslərin dövlət qulluğuna öz istəkləri ilə xitam verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…