Əsas məzmuna keç

“Mançester Siti” transfer rekordunu yenilədi

İngiltərənin “Mançester Siti” klubu bir “transfer pəncərəsi” ərzində futbolçu keçidlərinə xərclənən vəsaitə görə rekord müəyyənləşdirib.

Tezadlar.az xəbər verir ki, “şəhərlilər” yay transfer dönəmində 526 milyon avro xərcləyiblər.

Bununla da klub 2025-ci ildə 483 milyon avro xərcləyən “Liverpul”un rekordunu yeniləyib.

“Mançester Siti” yayda 9 futbolçu transfer edib. Enzo Fernandes 145 milyon avro, Elliot Anderson 135 milyon avro, Ayub Buaddi isə 95 milyon avroya alınıb.

İliman Ndiayenin transferinə 70 milyon avro, Allana 37,5 milyon avro, Matis Deturbeyə 25 milyon avro, Ceremi Monqaya isə 11,7 milyon avro ödənilib.

Qapıçılar Xeronimo Rulli və Pirs Çarlzın hər biri 3,5 milyon avroya heyətə cəlb olunub.

Qeyd edək ki, Enzo Fernandes “Mançester Siti” tarixinin ən bahalı transferidir. Bu keçid həmçinin futbol tarixinin ən bahalı 5 transferindən biri hesab olunur.

“Mançester Siti” İngiltərə Premyer Liqasında iki turdan sonra 6 xalla liderdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…