Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.
Tezadlar.az xəbər verir ki, 26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır.
Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək.
D.Upamenkonun özü də “Mançester Yunayted”ə transfer olmağa müsbət yanaşır.
Qeyd edək ki, futbolçu 2021-ci ildən “Bavariya”da çıxış edir.