6 May 2026 / 21:00

Manchester United Çempionlar Liqasından böyük gəlir qazanacaq

İngiltərə təmsilçisi “Mançester Yunayted”in növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakı sayəsində əldə edəcəyi gəlirin həcmi bəlli olub.

Tezadlar.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində iştirak “qırmızı şeytanlar”a 80 milyon funt sterlinq qazandıracaq.

Bu məbləğin təxminən 70 milyon funt sterlinqi qrup mərhələsində iştirakdan, 10 milyon funt sterlinqi isə “Adidas” ilə müqavilə çərçivəsində nəzərdə tutulan bonusdan ibarətdir.

Komanda İngiltərə Premyer Liqasının XXXV turunda “Liverpul”u məğlub edərək xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlində beşinci pilləni təmin etməklə Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Bildirilir ki, komanda turnirdə daha da irəliləyəcəyi təqdirdə əlavə olaraq 20 milyon funt sterlinq qazana bilər.

Qeyd olunur ki, bu gəlir klubun yay “transfer pəncərəsi”ndə fəaliyyətinə ciddi təsir göstərəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!