…Son zaman bu cür şikayətlərə tez-tez təsadüf edilir. Polislərin bu məsələ üzərində fədakarlıqla çalışmalarına baxmayaraq, belə alçaqların hələ də kökü kəsilmək bilmir.
Bizə müraciəət edən vətəndaş Qiyas Qasımov sadə bir şəxsdir. Əmək qabiliyyətli olsa da, özünə münasib bir iş tapa bilmir. İş üçün müvafiq təçkilatlara müraciət etməyinə baxmayaraq nədənsə alınmır.
Başlarına oyunlar açılaraq müxtəlif məbləğdə aldadıb pulu əlindən alınanların az qala qurbanına çevrilənlərdən biri də təxminən 40 yaşlı Qiyas olacqdı. O, elə bu gün, yəni 14 dekabr 2025-ci ildə, saat 10:26-da 055 545 97 43 nömrəli telefonla Əli “müəllim adlı”(bu adla danışıb) məxluqun zəngini belə xatırlayır: “Qeyd etdiyim saaatda Əli “müəllim” adlı məxluq mənə zəng etdi. Telefonu açmağımı gördüm. Adımı, ünvanımı elə dedi ki, başqa cür tanışlığa ehtiyac qalmadı. “ Bilirəm, işləmirsən. Mən Gəncə şəhəri Dədə Qorqud 17-də yerləşən “Avtoyol” ASC- də işləyirəm. Bizim müdiriyyətə sürücü lazımdır. Əvvəllər sürücülüyə işə düzəlmək üçün 15-17 min manat rüşvət alınırdı. Bizim idarəyə təzə “Pikap” avtomobili verirlər. Sürücü Sizi məsləhət bilirəm. Özümüzünküsən. Müdir də sakit adamdı. Aylıq əməkhaqqı kartına vurulacaq, 930 manat. Həftənin 5 günü işdi, 6 və bazar günləri isə istirahət. Maaşdan əlavə müdir əlavə hörmət də edəcək”. … Belə maaşdan, belə diqqətdən kim qaçar axı? Sual etdim ki, bu gün bazardı, heç yan işləmir, siz də deyirsiniz ki, təcili sənədlərini də götür gəl Gəncəyə? Dedi ki, narahat olma, biz bazar günü də işləyirik. Sən 355 manatla gəl. Rüsum keçirəcəksən, həm də qan analizi və ya sənədləşməyə lazım olacaq. Nəhayət, əlüstü Peyğəmbərimiz qənim olmuş Əli “müəllimin” sözünə bazar günü olduğu və sənədləşməyə lazım olan 355 manat üçün narahatlıq keçirməyə başladım. Sümüyüm sancdı. Əslində pulum da yox idi. İşləməyənə kredit də vermirlər… Onu da bildirirəm ki, dəyus adamla elə danışır ki, inanmaya bilmirsən. Məsələni bir daha beynimdə analiz edirdim ki, həmin nömrədən saat 11: 58 –də yenə zəng gəldi. Danışdı ki, sənin Gəncəyə gəlməyini ehtiyac bilmirəm. Sən gəl Qazaxda “Göyçə” marketin qabağına. Mənə zəng vur. Sən rüsum haqqı olan 355 manatı adam yaxınlaşacaq ona verərsən. Nə başınızı ağrıdım, eləmədim tənbəllik, tərpəndim düz “Göyçə” marketin qabağına. Zəng vurdum. Telefonu məşğul idi. Çox keçmədi geri zəng çaldı. “Gəlmişəm, marketin qabağındayam”, -dedim. Sualı bu oldu ki, kimlə gəlmisən? Yerində verilən sual idi. Çünki yanımda yoldaş da aparmışdım. Ona da demişdim ki, mən pulu həmin adama verəndə digər tərəfdən şəklimizi çəkərsən. Təəsüflər ki, Əlinin adamı gəlməmişdi. Mən isə dostumla gəldiyimi dedim. Həmin an o başladı ki, sənə demədimmi tək gəl. Başladı telefonda şəxsiyyətimi təhqir etməyə. Mən də ömrümdə boş yerə söz götürəsi ölmadığım üçün, Əlinin cavabını necə lazım idi verdim. Telefonu üzümə qapatdı. Təkrar zəng etdim, artıq telefon söndürülmüşdü”
Burada məsələ aydın oldu. Demək həmin”maşennik” in məqsədi işsiz-gücsüz bir inasnın 355 manat pulunu ələ keçirib aradan çıxmaq imiş. Necə deyərlər: “Yetimin də Allahı varmış”
Bax beləcə neçə-neçə işsiz, iş üçün gecə-gündüz fikirləşən insanları aldadıb pullarını ələ keçirən bu cür ata-anasını belə satan məxluqun toruna düşməmək üçün ayıq-sayıq olmaq lazımdır. Yəqinki, gec-tez həmin məxluq və məxluqlar hüquq-mühafizə orqanları tərəfindən yerləri müəyyənləşdirilib layiqli cəzalarını alacaqlar. Bir sözlə, ehtiyatlı və ayıq olmaq gərəkdir.
İlham HACALI