Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İlon Maskın “SpaceX” və “Tesla” şirkətləri süni intellektə yönəlmiş çip istehsalı gücünü artırmaq məqsədilə ABŞ-nin Texas ştatında yaradılacaq “Terafab” yarımkeçirici kompleksinə ilkin mərhələdə 16,8 milyard dollar sərmayə yatıracaqlarını açıqlayıblar.
Tezadlar.az xəbər verir ki, “SpaceX”in məlumatına görə, inşa ediləcək müəssisə qlobal çip təklifi ilə “SpaceX” və “Tesla”nın gələcəkdə ehtiyacı yaranacağı 1 teravattdan çox hesablama gücü arasındakı fərakı fərqi aradan qaldırmağı hədəfləyir.
Süni intellekt çiplərinin istehsal gücü artırılacaq
“Reuters”in məlumatına görə, layihənin birinci mərhələsinə 16,8 milyard dollar sərmayə qoyulacaq. Sonrakı dövrlərdə istehsal gücünün artırılması ilə ümumi investisiya məbləğinin daha da yüksələcəyi gözlənilir. Müəssisənin ən azı 3 min nəfəri işlə təmin edəcəyi proqnozlaşdırılır.
İlon Mask bildirib ki, “Terafab” ABŞ-yə qabaqcıl texnologiyaların istehsalı sahəsində yeni imkanlar qazandıracaq, minlərlə yüksək maaşlı iş yeri yaradacaq, həm Yer kürəsində, həm də kosmosda istifadə üçün süni intellekt çiplərinin geniş miqyasda istehsalına şərait yaradacaq.
Təxminən 100 milyon kvadratmetrlik ərazidə yaradılması planlaşdırılan müəssisədə qabaqcıl məntiq və yaddaş çipləri istehsal ediləcək, qablaşdırılacaq və sınaqdan keçiriləcək.
İstehsal olunacaq prosessorlardan “Tesla”nın “Optimus” humanoid robotlarında və “Cybercab” avtomobillərində, həmçinin “SpaceX”in kosmosda yerləşən məlumat mərkəzlərində istifadə ediləcək.
marja