Əsas məzmuna keç

MEHRİBAN ƏLİYEVADAN XALQIMIZA BAHAR BAYRAMI TƏBRİKİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

Tezadlar.az bildirir ki, paylaşımda xalqımıza əmin-amanlıq arzu edilir:

“Əziz bacılar və qardaşlar!

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…