Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, futbol üzrə dünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib. Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər. Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.
Qeyd edək ki, bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb. Qarşıda isə daha çətin sınaqlar var.