6 Yanvar 2026 / 21:50

“Memar Əcəmi”də keçid təmirə bağlanır

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq.

“Döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə:
Keçid qismən sərnişinlər üçün açıq olacaq
Stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

Sərnişinlərdən məhdudiyyətləri nəzərə almaları xahiş olunur”, – qurumdan əlavə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!