1 Dekabr 2025 / 13:45

Mən necə atamın atası oldum? -İNANILMAZ!

Tədqiqatçı Baba Allahnəzərov yazır: “Siyasətçi məntiqi də bilməlidir. Elə isə deyin görək Mark Tven nə demək istəyirdi:
-Mənim 27 yaşım var və 44 yaşlı dul bir qadınla evləndim. Qadının da 25 yaşında bir qızı var. Atam isə bu qızla evləndi. Beləliklə atam, arvadımın qızı ilə evləndiyi üçün kürəkənim olmuş oldu. Bundan başqa qızım da atamla evləndiyi üçün ögey anam oldu. Arvadımın və mənim keçən il bir oğlumuz oldu. Oğlum atamın arvadının qardaşı oldu, eyni zamanda atamın da qaynı. Bir də ögey anamın qardaşı olduğu üçün dayı oldu. Sizin başa düşəcəyiniz, mənim oğlum mənim dayım oldu. İlin axırında atamın bir oğlu oldu. O atamın oğlu olduğu üçün mənim də qardaşımdır, həm də qızımın oğlu olduğu üçün də nəvəm. Yəni mən nəvəmin qardaşıyam. Bundan əlavə, bir ananın övladı atası əri olduğuna görə mən də arvadımın qızının atasıyam və qızımın oğlunun qardaşıyam.
VƏ sonda… Həyat yoldaşım analığımın anası olduğu üçün mənim nənəm sayıldı. Mən də atamın atası oldum. Sonunda özümün babası oldum…”.
Bax həqatın məntiqi belədir, bundan baş çıxarmayan başını siyasət pəncərəsindən kənara çıxarmamalıdır…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!