Əsas məzmuna keç

“Meqa Sığorta” ASC-nin vəzifəli şəxsləri CƏRİMƏLƏNİB

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Meqa Sığorta” ASC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib.

TEZADLAR.AZ  Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

“Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq “Meqa Sığorta ” ASC-nin vəzifəli şəxsləri 300 (üç yüz) manat məbləğində cərimə edilib”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…