Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 18:10

Merin “sağ əli” rüşvət alarkən saxlanıldı-HƏBS

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən keçirilən istintaq və operativ tədbirlər nəticəsində Batumi meriyasının “Batumi Bələdiyyə İnspeksiyası”nın tikinti nəzarəti üzrə əməkdaşı saxlanılıb. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, qurumdan verilən məlumata görə, saxlanılan şəxs Batumi şəhərində qanunsuz tikilmiş kommersiya obyektinə görə tətbiq olunmalı cərimədən yayındırmaq müqabilində vətəndaşdan külli miqdarda rüşvət tələb edib və alıb. O, cinayət başında təqsirləndirilən şəxs qismində saxlanılıb.

Bildirilib ki, saxlanılan əməkdaşın əsas vəzifəsi Batumi ərazisində aparılan bütün tikinti obyektlərinə nəzarət etmək, həmçinin icazəsiz və qanunsuz həyata keçirilən tikinti işlərinə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görmək olub.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Saakaşvilinin hakimiyyəti dövründən rüşvətalma və rüşvətvermə ən ağır cəza sayılır, amma göründüyü kimi, rüşvətin dadı damağından getməyənlər hələ də var… Nə yaxşı ki, Azərbaycanda belə hallara rast gəlinmir…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!