Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 12:32

Mərkəzi Bank və AzFİNA FinTex Lab layihəsinə dəstəyi davam etdirəcəklər

AzTU Rəqəmsal Transformasiya Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Mərkəzi Bankın rəsmiləri də iştirak edib.
 Bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
O, Rəqəmsal Transformasiya Şurasının sədri Telman Axundovun ötən dövr ərzində görülən işlər haqqında məlumat verdiyini qeyd edib:
“Rektor Vilayət Vəliyev universitetdə aparılan rəqəmsal transformasiya işləri, rəqəmsal layihələrlə bağlı Şura üzvlərinə ətraflı məlumat verib. AzTU-nun gələn ildən Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılacaq “SABAH.city” kampusunun fəaliyyətə başlayacağını bildirib.
Bu kampusun yaradılmasında əsas məqsədin innovasiya yönümlü akademik mühitin inkişaf etdirilməsi, universitetdə aparıcı akademik ekosistem yaradılmasını və tələbələri daim inkişaf edən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərinin tətbiqi olduğu bildirilib.
Toplantıda cari ilin əvvəli Mərkəzi Bank və AzFİNA tərəfindən AzTU-da yaradılan FinTex Lab-ın təşkil etdiyi təlimləri ilk dəfə uğurla başa vuran tələbələrə diplomlar və hədiyyələr təqdim edilib.
⁠Mərkəzi Bankın sədri Sadiq Axundov və AzFİNA rəhbəri Edqar Abdullayev FinTex Lab layihəsinə dəstəyin davam etdiriləcəyini bildiriblər.
Toplantıda AzTU İnkubasiya Mərkəzində həyata keçirilən proqramlar, universitetdə startap və innovasiya sahəsinin inkişafı və Universitetin yeni Rəqəmsal Transformasiya Konsepsiya layihəsi haqqında məlumatlar da verilib.
Növbəti toplantıda Konsepsiyanın daha geniş tərkibdə müzakirəsinin keçirilməsi və Elmi Şuraya təqdim edilməsi nəzərdə tutulub”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!