Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hollivud aktrisası və müğənni Enn Heteuey (Anne Hathaway) baş rolunu canlandırdığı “Məryəm ana” filminin Nyu-York premyerasına qatılıb.
44 yaşlı aktrisa qırmızı xalçada transparan libasda poza verib.
Qeyd edək ki, “Məryəm ana” ssenarist və rejissor Devid Loueri tərəfindən ekranlaşdırılmış psixoloji dram-triller filmidir. Filmdə Enn Heteuey “Məryəm ana”nı canlandırıb.
Enn Heteuey 12 noyabr 1982-ci ildə Nyu-Yorkda anadan olub. O, 2010-cu ildə “Emmy” mükafatını (ən yaxşı səsləndirməyə görə), 2013-cü ildə “Qızıl Qlobus” mükafatını, Kino Aktyorları Gildiyası mükafatını (2013), BAFTA mükafatını, “Səfillər”dəki roluna görə 85-ci Oskar mükafatı mərasimində “Ən yaxşı ikinci plan qadın roluna görə”, “Ən yaxşı səs” və “Ən yaxşı qrimə görə” mükafatını qazanıb. Enn 2009-cu ildə Forbes Celebrity 100 siyahısına daxil edilib.
Oskar mükafatı qazanan Hollivud aktrisası, tamaşaçılar tərəfindən orijinallığın və azad ruhun simvolu kimi xatırlanır. Aktrisanın qəhrəmanlarının əksəriyyəti seçim qarşısında qalıb: xarici şərtlərə tabe olmaq və ya özləri, üstünlükləri və dəyərləri üçün ayağa qalxmaq. Məşhur aktrisa təsirli üsyançı tiplə kifayətlənməyib. Onun rol repertuarına tarixi şəxsiyyətlər, lirik qəhrəmanlar, sehrbazlar, kraliçalar və oğrular daxildir. Və bu dəfə isə “Məryəm ana”nı canlandırıb.
Filmin Qala gecəsinə də bu libası uyğun bilib.
Fotoları təqdim edirik: