Məşhur bloger əməliyyat keçirdi – səbəb məlum oldu

Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub.

Tezadlar.az xəbər verir ki, bloger 1 aydır sosial şəbəkə hesabındakı durğunluğun səbəbini açıqlayıb.

Hüseyn saçəkdirmə əməliyyatı etdirib. “Bir çəkiliş zamanı başa düşdüm ki, artıq vaxtıdır. Bəli, bu bir əməliyyat idi – saç əkdirdim. Həkimdən xahiş etdim ki, başımı tam keçəl etməsin. Bundan sonra qərar verdim ki, bir ay sosial şəbəkədən uzaq qalım”, – deyə bloger qeyd edib.

Onun bu paylaşımı izləyicilər tərəfdən böyük maraqla qarşılanıb.

Xəbəri paylaş