Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 17:47

Metronun “Koroğlu” stansiyası ətrafında hərəkət istiqaməti dəyişdirilir…

Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (“Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər yayıb. Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq. Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!