Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Osman Gündüz: «MİDA-nın araşdırma üçün özünün könüllü olaraq DTX-yə müraciət etməsi bunun elə də inandırıcı olmamasını göstərir…»
…Xəbər verildiyi kimi, DTX və MİDA sonuncu mənzil satışı ilə bağlı keçirilən tenderə haram əllərin qatıldıbı barədə birgə rəsmi məlumat paylaşdı. «Təzadlar» həmin satışın keçirildiyi gün sosial etirazların pik həddə çatdığını yazmış və məsələ qaldırmışdıq ki, qurum təcili surətdə bu problemə aydınlıq gətirməlidir. Nəhayət, məsələ aydınlaşdırıldı, haramçılar həbs edildi. Tanınmış QHT rəhbəri Osman Gündüz bu barədə maraqlı paylaşım edib. Tezadlar.az təqdim edir:
-MİDA-nın sonuncu onlayn mənzil satışı prosesindən sonra proqramçılara qarşı tələ hazırlandığı haqqında yazmışdım. Görünür ki, bununla bağlı deyilənlər reallaşır. Bu gün MİDA və DTX güzəştli mənzil satışına müdaxilə ilə bağlı birgə məlumat paylaşıblar. Məlumata ilkin nəzər salmaqla aşağıdakı qənaətə gəlmək olar:
– onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq görsənir ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir;
– satışdan sonra MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır;
– ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir;
– sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir;
– süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir;
– onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır və s.
A.Məmmədli