Əsas məzmuna keç

Milli Məclis üzvü Kahramanmaraşda keçiriləcək Anım Günü tədbirinə qatılacaq

Milli Məclisin deputatı Vasif Qafarov sentyabrın 29-da Türkiyənin Kahramanmaraş şəhərinə səfər edəcək.

“Təzadlar” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Qeyd olunub ki, deputat Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə sentyabrın 30-da Sütçü İmam Universitetində keçiriləcək 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Səfər oktyabrın 1-də başa çatacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…