Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Göygöl rayonunun Toğanalı yaylağından iki gün elat bayramı baş tutdu. Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən gələn minlərlə qonaq V Milli Yaylaq Festivalının açılışına şahidlik etdi. Olduqca maraqlı, rəngarəng milli geyimlər, aşıq havaları, sazın səsi, atların kişnərtisi və yaylaq abu-havası tədbirin ilk anlarından buraya gələn hər kəsdə bayram ovqatı yaratdı. Açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, media təmsilçiləri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Amma və lakin! Dövlət səviyyəsində keçirilən bu mərasimdə yerli turistlərimiz də iştirak ediblər… Hamıda bu yaylaq festivalından xoş xatirələr qalsa da, yaylaq festivalının və o füsunkar meşələrin, dağların sinəsində isə bəzi adamlarımızın atıb getdiyi bu zir-zibilin xoş olmayan mənzərəsi yadigar qaldı.
Niyə belə pintiyik? Əlimiz öyrəşib, yoxsa qanımızdadır??? Yaylaq təmizlik, paklıq, təbiətin gözəlliyi deməkdir. Bəs belə bir təmizliyi zibilə ünvan edərlər???
SƏBUHİ
