13 Fevral 2026 / 12:56

“Milyonçu babam 3 dəfə evlənsə də övladı olmayıb, lakin dul bir qadınla evləndirildikdən sonra əvvəlki xanımları…”

“Babam əvvəl 3 dəfə evlənsə də övladı olmayıb, 4-cü dəfə evləndikdən sonra sanki möcüzə baş verib və digər xanımların da övladları olub…”

Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi)  bildirib. Rəna xanım hazırda Türkiyədə yaşayır.

O, ulu babaları ilə bağlı bütün faktları arxivdən əldə etdiyini açıqlayıb.

“Hacı Sultan Əli gənc yaşlarında bacısı Tərlan xanım tərəfindən üç dəfə evləndirilib. Amma heç birindən övladı olmayıb. Sonradan bacısı onu övladı olan dul bir xanımla evləndirib. Həmin qadından oğul övladı dünyaya gəlib. Və bundan sonra əvvəlki xanımlardan da övladlar dünyaya gəlib: iki qız, dörd oğlan. Onları da gimnaziyada oxutdurub. Sonradan kiçik oğlu Mövsüm Haşimi (o zaman Aşumov) indi “AZİ” deyilən ADNSU-nun 1934-cü ildəki ilk məzunlarından olub. Babam xeyriyyəçi olub. Məscidlər tikdirib, onun vəsaiti ilə məktəblər açılıb. O zamanlar birinci hamam, sonra isə yanında məscid tikərmişlər. Hamı dəstamaz alıb məscidə ibadətə girərmiş. Uzaq yoldan gələn yolçular da məscidlərdə gecələyərmişlər. Babamın da harda mülkü olubsa, orada birinci hamam, sonra məscid tikdirib. Balaxanı kəndində 69 nömrəli məktəb var, əvvəllər məscid olub. Babam həmin məsciddə insanları qəbul edər, dərd-sərlərini, yaxud təkliflərini dinləyərmiş…”, – deyə qeyd edib.

Daha ətraflı linkdə;Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”

hasjimi foto

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!