Azərbaycan YPX əməkdaşlarının Minskdə keçirilən beynəlxalq müsabiqədəki uğurları

Oxunma sayı: 150

Belarus Respublikasının Minsk şəhərində yol-patrul xidməti (YPX) əməkdaşlarının peşəkar hazırlığı üzrə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Təmsilçilərimiz 10 növ yarışda iştirak edərək ən yüksək nəticələrə imza atıblar.

Tezadlar.az xəbər verir ki, müsabiqə çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, hərəkətdə olan nəqliyyat vasitəsindən atış təlimi, nəqliyyat vasitələrinin idarə olunması üzrə sınaqlar və digər peşəkar bacarıqlar üzrə yarışlar təşkil olunub. YPX əməkdaşlarımız yüksək peşəkarlıq nümayiş etdirərək həm fərdi, həm də komanda hesabında əhəmiyyətli uğurlar qazanıblar.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarımızın beynəlxalq səviyyədə belə uğur qazanmasını yüksək qiymətləndirir və bu nailiyyətin ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin daha da inkişafına töhfə verəcəyinə inanır.

Müsabiqədə iştirak edən əməkdaşlarımızı təbrik edir, gələcək xidmətlərində uğurlar arzulayırıq!

RÖVŞANƏ

Xəbəri paylaş

30 Aprel